Rövnəq Abdullayev Gürcüstanın Baş naziri ilə görüşüb

Rövnəq Abdullayev Gürcüstanın Baş naziri ilə görüşüb Gürcüstanda işgüzar səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili ilə görüşüb.
Təhsil-press.az bu barədə SOCAR-ın saytrına istinadən xəbər verir.
R.Abdullayev Ulu öndər Heydər Əliyevin Tbilisi şəhərindəki abidəsini ziyarət edib və abidənin qarşısına gül dəstəsi qoyub.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə SOCAR-ın Sərmayələr İdarəsinin rəisi V.Əliyev və “SOCAR Energy Georgia”nın baş direktoru M.Məmmədov da iştirak ediblər.

Təhsil-press.az

Oxşar xəbərlər