UNEC-in 9 tələbəsi və məzunu Almaniyanın DAAD təqaüdünün qalibi olub

UNEC-in 9 tələbəsi və məzunu Almaniyanın DAAD təqaüdünün qalibi olub Almaniyanın “DAAD təqaüdləri 2023” proqramının qalibi olan azərbaycanlı tələbələrin və məzunların mükafatlandırılması mərasimi keçirilib.
Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Ralf Horlemanın iqamətgahında keçirilən tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Nərmin İbrahimova və tələbələr iştirak ediblər.
Tədbir zamanı səfir Ralf Horleman bildirib ki, 26 azərbaycanlı tələbə və məzun DAAD təqaüdü ilə Almaniyanın müxtəlif universitetlərində magistr proqramı üzrə təhsil hüququ qazanıb. Qeyd edib ki, proqramın qalibləri daha çox UNEC-dən olan tələbə və məzunlardır. Belə ki, UNEC-in 2 tələbəsi və 7 məzunu DAAD-ın təqaüdünü qazanıb. Səfir tələbələri təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb.

Tehsil-press.az



Oxşar xəbərlər