UNEC-in Vyetnamdan olan məzunu 36 il sonra universitetdə olub

UNEC-in Vyetnamdan olan məzunu 36 il sonra universitetdə olub UNEC-in Vyetnamdan olan 1987-ci il məzunu xanım Nquen Txi Xan universitetdə olub.
UNEC-in rektoru professor Ədalət Muradovla görüşən xanım Nquen Txi Xan 36 ildən sonra yenidən universitetdə olmaqdan böyük sevinc hissi keçirdiyini söyləyib. Vyetnamlı məzun tələbəlik illəri haqqında xoş xatirələrini bölüşüb.
Rektor UNEC-in əcnəbi məzunundan Azərbaycanda keçirdiyi tələbəlik illəri haqqında xoş sözlər eşitməkdən qürur duyduğunu ifadə edib. UNEC-də Məzunlar Assosiasiyasının yaradıldığını və əcnəbi məzunların da həmin assosiasiyada təmsil olunacaqlarını diqqətə çatdırıb. Xanım Nquen Txi Xan Vyetnamda UNEC-in Məzunlar Assosiasiyasının yaradılmasına dəstək olacağını qeyd edib.
Görüş zamanı Nquen Txi Xana UNEC-in arxivində saxlanılan qiymət vərəqəsi, fotosu və digər təhsil sənədləri təqdim edilib. Vyetnamlı məzun vaxtilə təhsil aldığı Maliyyə və mühasibatlıq fakültəsinə və tələbəlik illərində yaşadığı yataqxanaya da baş çəkib.

Tehsil-press.az



Oxşar xəbərlər