UNEC-də təhsil alan əcnəbi tələbələrlə görüş

UNEC-də təhsil alan əcnəbi tələbələrlə görüş UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Nərmin İbrahimova universitetdə təhsil alan əcnəbi tələbələrlə görüşüb.
Görüşdə onların UNEC-dəki tələbəlik həyatı, dərsdən kənar fəaliyyətləri haqqında müzakirələr aparılıb. Tələbələrin təhsil müddətində üzləşdikləri çətinliklər rəhbərlik tərəfindən dinlənilib və onun həll yolları istiqamətində tədbirlər görülüb.
Nərmin İbrahimova əcnəbi tələbələrin ölkələrindən kənarda təhsil almaları haqqında təəssüratlarını dinləyərək, öz tələbəlik təcrübəsini bölüşüb və onlara uğurlar arzulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər