
Rektor Ədalət Muradovla görüşdə səfirə universitet barədə ətraflı məlumat verilib. Britaniya Krallığının “Creative Spark” layihəsi çərçivəsində universitetdə həyata keçirilən tədbirlər, eləcə də UNEC-in Britaniya Krallığı universitetləri ilə əməkdaşlığının genişləndirilməsi barədə müzakirələr aparılıb. UNEC-lə səfirliyin birgə təşkilatçılığı ilə “İngilis Dilinin Tədrisi üzrə Beynəlxalq Forum”un keçirilməsi haqqında tərəflər arasında ilkin razılıq əldə olunub.
Tehsil-press.az