UNEC-in 10 tələbəsi Fransanın Monpelye Universiteti ilə ikili diplom proqramının məzunu oldu

UNEC-in 10 tələbəsi Fransanın Monpelye Universiteti ilə ikili diplom proqramının məzunu oldu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 10 tələbəsi Fransanın Monpelye Universiteti ilə ikili diplom proqramını uğurla bitirərək məzun oldu.
Məzunlar Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE), “SABAH” qrupları, Rus İqtisad Məktəbi, Maliyyə və Mühasibat, Biznes və Menecment fakültələrinin tələbələridir. Üçüncü kursu Monpelye Universitetində oxuyan tələbələr, 4-cü kursdan təhsillərini UNEC-də davam edəcəklər. Tələbələr məzun olduqda UNEC-lə yanaşı, Monpelye Universitetinin diplomunu da əldə edəcəklər. Beləliklə, UNEC ilə Monpelye Universitetinin ikili diplom proqramından məzun olan tələbə sayı 78 nəfər (2 nəfər əcnəbi tələbə olmaqla) oldu.
2023/2024-cü tədris ilində isə 15 nəfər UNEC tələbəsinin həmin proqramda iştirak etməsi nəzərdə tutulub.
Qeyd edək ki, 2016/2017-ci tədris ilindən başlayaraq, UNEC-in dünya iqtisadiyyatı, maliyyə, mühasibat, iqtisadiyyat və biznesin idarəolunması ixtisasları üzrə təhsil alan tələbələri Monpelye Universitetinin beynəlxalq menecment və biznes ixtisası üzrə bakalavr diplomunu əldə edirlər.

Tehsil-press.az



Oxşar xəbərlər