6-cı siniflərdə bu fənlər keçirilməyəcək

6-cı siniflərdə bu fənlər keçirilməyəcək "Fənlərin saylarına baxılmasına ehtiyac var”.
Bu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
O qeyd edib ki, fənlərə baxılması istiqamətində nazirlikdə müzakirələr başlanılıb: “Hansı fənnin tədris prosesindən çıxarılması məsələsinə isə baxılır”.
E.Əliyev, həmçinin bildirib ki, növbəti tədris ilində 6-cı siniflərdə “Təbiət” fənni tədris ediləcək, əvəzində isə 6-cı siniflərdə biologiya və fizika tədris olunmayacaq.

Tehsil-press.az

Oxşar xəbərlər