Ölkədə vaksinasiya ilə bağlı vəziyyət necədir?

Ölkədə vaksinasiya ilə bağlı vəziyyət necədir? Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 63 vaksin vurulub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci doza üzrə 45, ikinci doza üzrə 9 vaksin vurulub. Üç və daha çox doza üzrə vaksinasiya olunanlar sayı 7 nəfərdir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 nəfər təşkil edib.

Tehsil-press.az



Oxşar xəbərlər