Bu barədə WCVB telekanalı ştat polisinə istinadən məlumat yayıb.
Məlumata görə, təyyarənin Nyu Bedford regional hava limanına enməyə cəhd etdiyi ehtimal edilir. Qəza yerindən çəkilmiş videoda təyyarənin magistral yolda yandığı görünür.
Polis pilotun nə uçuş planını təqdim etdiyini, nə də təyyarədə olan insanların sayı barədə məlumat verdiyini bildirib.
Qəza bölgədə tüğyan edən, güclü külək və yağışla müşayiət olunan şiddətli fırtına zamanı baş verib. Ölənlərin kimliyi hələlik açıqlanmayıb.
Tehsil-press.az