Yüzlərlə rusiyalının deportasiyası Moskvanı hərəkətə gətirdi

Yüzlərlə rusiyalının deportasiyası Moskvanı hərəkətə gətirdi Latviyada daimi yaşayış icazəsi ilə yaşayan, lakin Avropa İttifaqı rezident statusu almaq üçün tələb olunan şərtləri yerinə yetirməyən yüzlərlə Rusiya vətəndaşının deportasiyası Moskvanın sərt reaksiyasına səbəb olub.

Rusiya bu şəxslərə “yardım göstərəcəyini” vəd edib.

Latviya hökuməti rusiyalı rezidentlərdən 30 iyuna qədər A2 səviyyəsində latış dili imtahanı verməyi və təhlükəsizlik yoxlamasından keçməyi tələb etmişdi. Bu tələbləri yerinə yetirməyən 841 nəfərə 13 oktyabra qədər ölkəni tərk etmək əmri verilib. Qalan şəxslər isə deportasiya ediləcək.

Moskva bu qərardan ciddi narahatlığını ifadə edib. Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib ki, hökumət “adaptasiya və məskunlaşma üçün geniş tədbirlər planı” hazırlayır.

Lakin sual açıq qalır: Rusiyanın vəd etdiyi bu “yardım” nədən ibarət olacaq? Analitiklər ehtimal edirlər ki, deportasiya olunanlar “xüsusi hərbi əməliyyat” çərçivəsində cəbhəyə göndərilə bilər.

Tehsil-press.az

Oxşar xəbərlər