Ukrayna uzaqmənzilli raketlərin istehsalına başlayacaq

Ukrayna uzaqmənzilli raketlərin istehsalına başlayacaq Ukraynada raket proqramı rəsmən təsdiqlənib və onun reallaşdırılması üçün artıq büdcədən vəsait ayrılır. Bu, öz istehsalımız olan 1000 kilometr məsafəli (mənzilli) raketləri əldə etməyə imkan verəcək.
Bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov “Ukraynanın bərpası üzrə dialoqlar" forumunda deyib.
“Bizim 1000 kilometrdən çox mənzilli Ukrayna raketlərinə sahib olmaq üçün yaxşı perspektivlərimiz var”, - deyə nazir bildirib.
O.Reznikov uğurlu “Neptun” raketi layihəsini xatırladıb, bunun sayəsində Rusiyanın flaqman gəmisinin batdığını qeyd edib.

Tehsil-press.az



Oxşar xəbərlər