ABŞ Ukraynaya 4 “HIMARS” sistemi verəcək

ABŞ Ukraynaya 4 “HIMARS” sistemi verəcək ABŞ Ukrayna ordusu üçün yeni bir dəstək paketini açıqlayıb.
Bu haqda ABŞ-ın müdafiə naziri Lloyd Ostin 50-yə yaxın ölkənin müdafiə nazirlərinin iştirak etdiyi videokonfrans vasitəsilə keçirilən Ukrayna Əlaqə Qrupunun iclasının açılışında çıxışı zamanı deyib.
O bildirib ki, bu dəstək paketinə 4 Yüksək Performanslı Artilleriya Raket Sistemi daxildir.
Rusiyanın “Ukraynanın paytaxtı Kiyevi almaq, Ukrayna hökumətini devirmək və Donbas bölgəsini asanlıqla ələ keçirmək” kimi məqsədlərinin heç birinə nail ola bilməyəcəyini bildirən Ostin ABŞ və müttəfiqlərinin Ukraynanın arxasında dayanmağa davam edəcəklərini qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər