
Partlayış əyalətin administrativ mərkəzi Feyzabad şəhərindəki məscidlərin birində törədilib. Həyatını itirənlər arasında “Taliban” hərəkatının səhra komandirinin də olduğu bildirilir.
“Hasht-e Subh” nəşri hadisədən sonra şəhərdə silahlı toqquşmaların başladığı və hazırda da davam etdiyi barədə məlumat yayıb.
Qeyd edək ki, dəfn edilən şəxs - Bədəxşan əyaləti qubernatorunun müavini iyunun 6-da avtomobilinin partladılması nəticəsində həlak olmuşdu.
Tehsil-press.az