Əfqanıstanda partlayış törədildi - 10 ölü

Əfqanıstanda partlayış törədildi - 10 ölü Əfqanıstanın Cəlalabad şəhərində partlayış törədilib.
Hadisə nəticəsində azı 10 nəfər həlak olub.
Partlayış şəxsiyyət vəsiqələrinin verilməsi mərkəzi yaxınlığında baş verib.
Qeyd olunur ki, intiharçı terrorçu özünü binanın girişində partladıb.
Partlayışdan əvvəl isə bir qrup silahlı binaya hücum edib. Polis qüvvələri hücum edənləri uzaqlaşdıra bilib.

Tehsil-press.az

Oxşar xəbərlər