Əfqanıstanda partlayış - 15 ölü

Əfqanıstanda partlayış - 15 ölü Əfqanıstanın Ləşkərgah şəhərində baş vermiş partlayış nəticəsində 15 nəfər həlak olub. Təhsil-press.az-ın məlumatına görə, partlayış şəhərdə bank şöbəsi yaxınlığında törədilib. Helman əyalətinin qubernatorunun verdiyi məlumata görə, hadisə nəticəsində 50-yə yaxın adam müxtəlif bədən xəsarətləri alıb. Məlumata görə, xəsarət alanlar arasında həm hərbçilər, həm də dinc sakinlər var. Hazırda hadisə yerində polis araşdırmalar aparır. Partlayışla bağlı məsuliyyəti hələ üzərinə götürən olmayıb.

Təhsil-press.az

Oxşar xəbərlər