Partlayış - 27 ölü, 70 yaralı (YENİLƏNİB)

Partlayış - 27 ölü, 70 yaralı (YENİLƏNİB) Kabildə baş vermiş partlayışlar nəticəsində ölən və yaralananların sayı artıb.
Tehsil-press.az-ın verdiyi məlumata görə, terror aktları nəticəsində 27 nəfər ölüb, 70 nəfər yaralanıb.

X X X

Əfqanıstanın paytaxtı Kabildə ard-arda iki partlayış törədilib.
Tehsil-press.az-ın məlumatına görə partlayışlar parlament binası yaxınlığında baş verib.
Hadisə nəticəsində 23 nəfər həlak olub, 45 nəfər yaralanıb. Kabil polisi bildirib ki, partlayışlardan biri kamikadze tərəfindən törədilib. Digər partlayış isə avtomobildə olan partlayıcının işə düşməsi ilə baş verib.
Partlayışlarla bağlı “Taliban” məsuliyyəti öz üzərinə götürüb.

Tehsil-press.az

Oxşar xəbərlər