
Ölüm hallarının çoxu Bannu rayonunda qeydə alınıb. Şiddətli yağışlar rayonda 68 evi dağıdıb. Lakki və Karak rayonlarında da ölüm və xəsarət alma halları qeydə alınıb. Ölənlər və xəsarət alanlar arasında uşaqlar da var. Leysan yağışları kommunikasiya və elektrik xətlərinə, avtomobil yollarına ziyan vurub.
Pakistanın Baş naziri Şahbaz Şərif səlahiyyətli qurumlara təbii fəlakətlə mübarizə və onun nəticələrinin ən qısa zamanda aradan qaldırılması üçün tapşırıqlarını verib.
Tehsil-press.az