Rusiyada qasırğadan 9 nəfər xəsarət aldı

Rusiyada qasırğadan 9 nəfər xəsarət aldı Rusiyanın Kabarda-Balkar Respublikasında qasırğa nəticəsində 9 nəfər xəsarət alıb.
Güclü külək və leysan yağışları nəticəsində 7 yaşayış məntəqəsində elektrik təchizatı kəsilib.
Bundan başqa, bir sıra tikililərə, o cümlədən bir neçə məktəb binasına ciddi ziyan dəyib.
Hazırda bölgədə qasırğanın fəsadlarının aradan qaldırılması üzrə işlər davam edir.

Tehsil-press.az

Oxşar xəbərlər