Akademik Zərifə Əliyeva adına Liseyin təhsilimizə töhfələri

Akademik Zərifə Əliyeva adına Liseyin təhsilimizə töhfələri Təhsil Nazirliyinin birbaşa tabeliyindəki akademik Zərifə Əliyeva adına Liseydə ürəkaçan nailiyyətlər qazanılır. Təhsil ocağının builki 213 məzununun hamısı Azərbaycanın və xarici ölkələrin nüfuzlu universitetlərinə qəbul olunublar.
Bu barədə Tehsil-press.az-a liseydən məlumat verilib. Bildirilib ki, 2017-2018-ci tədris ilində liseyi bitirən şagirdlərdən 17-si qızıl, üç nəfəri gümüş medala layiq görülüb.
Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında məzunlardan 66-sı 600-dən yuxarı bal toplayıb. Xarici ölkələrin universitetlərinə qəbul olunan məzunlar Türkiyə, Almaniya və digər ölkələrdə müxtəlif ixtisaslar üzrə təhsil alacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər