Akademik Zərifə Əliyeva adına Liseyin şagirdləri beynəlxalq olimpiadada medallar qazanıblar
Türkiyənin İzmir şəhərində beynəlxalq informatika olimpiadası keçirilib. Akademik Zərifə Əliyeva adına Liseydən təhsil-press.az-a bildiriblər ki, olimpiadada bu təhsil müəssisəsinin şagirdləri Ələkbər Əsgərov, Abutalıb Namazov gümüş, Ziya Muxtarov və Rafail Səddəttinov bürünc medal qazanıblar.