Moskva Dövlət Universitetinin Bakı filialı işə qəbul elan edir

Moskva Dövlət Universitetinin Bakı filialı işə qəbul elan edir M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı redaktor-korrektor və mətbuat katibi vakansiyaları üzrə işə qəbul elan edir.
Bu barədə MDU-nun Bakı filialından məlumat verilib. Vakant vəzifələr haqqında məlumatı təqdim edirik.
REDAKTOR-KORREKTOR
İş barədə məlumat:
• şöbənin işinin təşkili və tapşırıqların verilməsi;
• mətnlərin müvafiq şəkildə redaktə edilməsi;
• universitetə aid məlumatların toplanması, hazırlanması və emalı;
• informasiya sorğularının tərtib olunması;
• sosial şəbəkələrlə işlərə nəzarət;
• xəbərlərin düzgün təqdim olunmasına dair tələblərin yerinə yetirilməsi;
• media üçün maraqlı olan videomaterialların xəbərləşdirilərək həmin orqanlara göndərilməsi.
İş qrafiki: 6 günlük
• İş saatları: Həftəiçi 09:00-17:00; Şənbə günü 09:00-15:00
• Servislə təmin olunur.
• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
• Ərazi: Xocasən qəsəbəsi.
Namizədə aid tələblər:
• Təhsil: Ali (jurnalistika və yaxud yaxın sahələr)
• Təcrübə: 1-3 il
• Yaş: 25–45
• Proqramlar: MS Office ( sərbəst işləmə bacarığı)
• Dil biliyi: Azərbaycan və rus dilinin qrammatik qaydalarını mükəmməl səviyyədə bilmək;
• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini məktubun mövzu hissəsində müraciət edəcəyi vəzifənin adını qeyd etməklə [email protected] ünvanına 30.06.2023-cü il tarixinədək göndərə bilərlər.
MƏTBUAT KATİBİ
İş barədə məlumat:

• ictimaiyyətlə və media ilə əlaqələr siyasətinin həyata keçirilməsi;
• görülən işlərin KİV-də işıqlandırılması, universitetin internet saytının və sosial şəbəkələrdəki səhifələrinin idarə olunması;
• kommunikasiya vasitələri və kanalları;
• media ilə əlaqələr, fəaliyyətin işıqlandırılması;
• internet resurslarının idarə edilməsi;
• sosial şəbəkə hesablarının idarə olunması;
• press-reliz, məqalə və s. məlumatların hazırlanması;
• mətbuat konfransı, brifinq və digər tədbirlərin təşkili;
İş qrafiki: 6 günlük
İş saatları: Həftəiçi 09:00-17:00; Şənbə günü 09:00-15:00
• Servislə təmin olunur.
• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
• Ərazi: Xocasən qəsəbəsi.
Namizədə aid tələblər:
• Təhsil: Ali (jurnalistika)
• Təcrübə: 1-3 il
• Yaş: 25–45
• Proqramlar: MS Office (sərbəst işləmə bacarığı)
• Dil biliyi: Azərbaycan və rus dilinin qrammatik qaydalarını mükəmməl səviyyədə bilmək
• Azərbaycan Respublikasının “İnformasiya əldə etmək haqqında”, “Media haqqında” qanunlarını bilmək;
• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini məktubun mövzu hissəsində müraciət edəcəyi vəzifənin adını qeyd etməklə [email protected] ünvanına 30.06.2023-cü il tarixinədək göndərə bilərlər.

Tehsil-press.az



Oxşar xəbərlər