Priqojin Minskdədir?

Priqojin Minskdədir? “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Belarusun paytaxtı Minskdə görülüb.
Qeyd olunur ki, Y. Priqojin üçulduzlu "Green City" hotelindədir.
Lakin hotel konfidensiallıq səbəbindən xəbəri təsdiqləməyib.
Xatırladaq ki, iyunun 23-də “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb.
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. İyunun 24-ü Belarus Prezidenti Aleksandr Lukaşenko Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.

Tehsil-press.az


Oxşar xəbərlər