Rusiya Prezidenti ölkənin güc strukturlarının rəhbərləri ilə görüşüb

Rusiya Prezidenti ölkənin güc strukturlarının rəhbərləri ilə görüşüb Rusiya Prezidenti Vladimir Putin ölkənin güc strukturlarının rəhbərləri ilə görüşüb.
Müşavirədə silahlı qiyamın nəticələri və hazırda yaranmış vəziyyət müzakirə olunub.
V.Putin son bir neçə gündə gördükləri işlərə görə güc strukturlarının rəhbərlərinə təşəkkür edib.
Müşavirədə baş prokuror İqor Krasin, Kreml administrasiyasının rəhbəri Anton Vayno, daxili işlər naziri Vladimir Kolokoltsev, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Rosqvardiyanın başçısı Viktor Zolotov, Federal Mühafizə Xidmətinin rəhbəri Dmitri Koçnev, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər