Türkiyə Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında sazişlər imzalanıb

Türkiyə Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında sazişlər imzalanıb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Körfəz turu çərçivəsində Səudiyyə Ərəbistanı Krallığı ilə müxtəlif sahələrdə sazişlər imzalanıb.
Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətləri ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın görüşündən sonra sazişlər imzalanıb. Sazişlər birbaşa investisiyalar, müdafiə sənayesi, enerji, müdafiə və rabitə sahələrini əhatə edib.
Rəcəb Tayyib Ərdoğan daha sonra Birləşmiş Ərəb Əmirliklərinə gedib.
Xatırladaq ki, Türkiyə Prezidenti daha əvvəl Qətər Dövlətində olub və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. Səfər çərçivəsində iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 50 illiyi münasibətilə xarici işlər nazirləri tərəfindən birgə bəyanat imzalanıb.

Tehsil-press.az



Oxşar xəbərlər