Ərdoğan Merkel və Makronla görüşəcək - SON DƏQİQƏ

Ərdoğan Merkel və Makronla görüşəcək - SON DƏQİQƏ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Almaniya kansleri Angela Merkel, sabah isə Fransa prezidenti Emmanuel Makronla telefon danışığı edəcək.
Bu barədə Türkiyə Prezident Adminstrasiyasının sözçüsü İbrahim Kalın məlumat verib.
Sözçü bildirib ki, Ərdoğanın sentyabr ayının əvvəllərində Qırğızıstana rəsmi səfəri də planlaşdırılır.
Həmçinin Qətər əmiri Şeyx Təmim ibn Həmid əl Sani də bu gün Türkiyəyə rəsmi səfər edəcək.
O,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Prezident sarayında keçiriləcək görüşdə Türkiyə və Qətər arasında münasibətlərin bütün istiqamətləri və gündəm mövzular müzakirə ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər