Ankarada Türkiyə ilə Malayziya arasında əməkdaşlıq sənədləri imzalanıb

Ankarada Türkiyə ilə Malayziya arasında əməkdaşlıq sənədləri imzalanıb Malayziyanın Baş naziri İsmail Sabri Yaqub Türkiyəyə səfər edib.
Ali qonaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Ankarada rəsmi mərasimlə qarşılanıb.
Heyətlər və liderlər arasında ikitərəfli görüşlərdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Malayziyanın Baş naziri İsmail Sabri Yaqub birgə mətbuat konfransı keçiriblər.
Əvvəlcə Türkiyə ilə Malayziya arasında əməkdaşlıq münasibətlərinin inkişafına dair sənədlər imzalanıb.
İki qardaş ölkə arasında ikitərəfli münasibətləri, eləcə də beynəlxalq səviyyədəki əməkdaşlığın real vəziyyətini yüksək dəyərləndirən Türkiyənin dövlət başçısı Baş nazir İsmail Sabri Yaqubun ölkəsinə səfirinin böyük əhəmiyyət daşıdığını ifadə edib.
Liderlər diqqətə çatdırıblar ki, hər iki ölkə iqtisadi, sərmayə və ticarət başda olmaqla digər sahələrdə də əməkdaşlıq üçün böyük imkanlara malikdir. Türkiyə ilə Malayziya arasında strateji əməkdaşlığa dair planlaşdırılan işlər yüksək dəyərləndirilib.

Tehsil-press.az



Oxşar xəbərlər