Qanunsuz miqrasiya və insan alveri cinayətkarlara ildə 150 milyard dollar gəlir gətirir

Qanunsuz miqrasiya və insan alveri cinayətkarlara ildə 150 milyard dollar gəlir gətirir Tunis bir daha heç vaxt qeyri-qanuni miqrantlar üçün hər hansı məskunlaşma layihəsini qəbul etməyəcək. Tunis cinayətkarların yerləşdirilməsi və məskunlaşdırılması üçün tranzit məntəqəsi və ya yer kimi istifadə olunmasından qəti şəkildə imtina edir.
Bunu Tunis Prezidenti Kais Said Romada keçirilən Aralıq dənizi və Afrikada qeyri-qanuni miqrasiyanın qarşısının alınması və inkişafı mövzusunda beynəlxalq konfransda söyləyib. Onun sözlərinə görə, qeyri-leqal miqrasiya, məcburi köçürmə və insan alveri ilə məşğul olan cinayətkar şəbəkələrin gəliri ildə 150 milyard dollar məbləğində qiymətləndirilir və bu şəbəkələr dünyada 25 milyon insanı təhdid edir.

Tehsil-press.az



Oxşar xəbərlər