
Senatorlar 4155 səhifəlik sənədi səs çoxluğu ilə qəbul ediblər. İndi o, baxılmaq üçün Nümayəndələr Palatasına gedəcək.
Bundan əvvəl məlum olub ki, ABŞ hökumətinin 2023-cü maliyyə ilində fəaliyyətinin maliyyələşdirilməsinə dair Konqresə təqdim edilən qanun layihəsi Ukrayna və ABŞ-ın NATO üzrə müttəfiqlərinə yeni təcili yardımın göstərilməsi üçün 44,9 milyard dolların ayrılmasını nəzərdə tutur.
Qanun layihəsinə həmçinin 858 milyard dollar müdafiə xərcləri və 722,5 milyard dollar qeyri-müdafiə xərcləri daxildir.
Tehsil-press.az