Tunis sahillərində miqrantları daşıyan gəmi batıb: 58 ölü
Tunisin cənub-şərq sahilində miqrantları daşıyan gəmi batıb. Gəminin batması nəticəsində 58 qeyri-leqal miqrant həlak olub, 68 miqrant isə xilas edilib. Məlumata əsasən, həlak olanlar arasında 31 Tunis vətəndaşı və 22 xarici vətəndaş olub. Digər həlak olanların kimliyi hələlik məlum deyil.