“Böyük ölkələr inkişafda olan ölkələri rəqabətdən çıxarmaq istəyirlər” - Video

“Böyük ölkələr inkişafda olan ölkələri rəqabətdən çıxarmaq istəyirlər” - Video “Bu siyasi rəqabətdir. Güclü dövlətlər arasında rəqabət sonda istilalara səbəb olurdu. Böyük ölkələr rəqabət siyasətindən istifadə edirlər”.
Deputat vurğulayıb ki, böyük ölkələr inkişafda olan ölkələri siyasi basqılar göstərməklə rəqabətdən kənarlaşdırmaq istəyirlər: “1991-ci ildə Sovet İttifaqı süquta uğradı və müstəqil dövlətlər meydana gəldi. Məhz həmin dövrdə böyük ölkələr tərəfindən yeni yaranan dövlətlərə basqılar gücləndi. Azərbaycana da bu basqılar var idi, bu gündə var. Ulu öndər Heydər Əliyev bu basqıların qarşısını almaq üçün çox çalışdı”.
C.Feyziyev əlavə edib ki, Qarabağ münaqişəsinin 30 il uzanması məhz bununla bağlı idi: “Sonda Azərbaycan bu münaqişəni 44 gündə həll etdi. İndi böyük ölkələr bunu qəbul etmir. Məhz bu amildən istifadə edərək Azərbaycan daxilinə nüfuz etmək istəyirlər. Lakin bu alınmır. Bəzən bu yolda böyük ölkələr müxalifətdən istifadə edirlər. Qubad İbadoğlu da həmin böyük ölkələrin təsir dairəsinə düşüb”.



Tehsil-press.az


Oxşar xəbərlər