“Nikosayağı” qəzaya düşdü, qolu amputasiya edildi

“Nikosayağı” qəzaya düşdü, qolu amputasiya edildi Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli qəzaya düşüb.
Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
N. Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bloger və avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
***
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli saytımıza açıqlamasında bildirib ki, qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb.
Bundan başqa hadisə vaxtı yolda hərəkəti tənzimləyən polis əməkdaşını da avtomobil vurub, ayağından xəsarət alıb.
Hazırda polis yolda hərəkətin maneəsiz təşkili istiqamətində tədbirlər görür.
***
Qəza ilə bağlı TƏBİB məlumat yayıb.
Məlumatda deyilir ki, xəsarət alanlar-29 yaşlı Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası, 23 yaşlı Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. Qəza nəticəsində həkimə qədər 1 ölüm qeydə alınıb.

Tehsil-press.az



Oxşar xəbərlər