Moldovanın sabiq Prezidenti (1997-2001), Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin üzvü Pyotr Luçinski Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda qeyd olunur: "Dağlıq Qarabağ regionunda hərbi toqquşmaların yenidən başlanması haqda xəbər məni çox həyəcanlandırdı. Bu cür daxili münaqişənin nə demək olduğunu və Sovet İttifaqının dağılmasının necə "miras" qoyub getdiyini Azərbaycan xalqı kimi, Moldova xalqı da öz təcrübəsindən bilir. Təəssüf ki, indiki anda beynəlxalq hüquq bu cür münaqişələri hələ həll edə bilmir, hətta BMT Təhlükəsizlik Şurasının qətnamələrindən sonra da bu münaqişə həll edilməmiş qalır. Lakin mənim fikrimcə, indiki vəziyyətdə, ətrafda hər şeyin alovlandığı bir vaxtda dövlətin bu yarasını sağaltmaq çətindir, yalnız yeni çapıqlar yarana bilər.
Məşhur bir kəlam var: "Şər deməsən, xeyir gəlməz!". Bu gün ölkənizin cənub-qərbində baş verən bu dramatik hadisələr münaqişənin tezliklə daha səmərəli və etibarlı həllinin axtarışında bəlkə də beynəlxalq ictimaiyyəti fəallaşdıra bilər.
Cənab Prezident, əminəm ki, Siz öz nüfuzunuz və uzun illər boyu Azərbaycanın qazandığı nüfuz sayəsində bu məsələnin dinc yolla həllini tapa biləcəksiniz.
Sizə cansağlığı, müdriklik və işlərinizdə uğurlar arzulayıram".
Latviyanın sabiq Prezidenti (2007-2011), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Valdis Zatlers də Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir: "Dağlıq Qarabağ münaqişəsində gərginliyin gözlənilmədən artması və uşaqlar da daxil olmaqla insan tələfatı ilə nəticələnən atəşkəsin pozulması xəbərini eşidəndə çox sarsıldım.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından başsağlığı verir və vəziyyətlə əlaqədar dərin narahatlığımı ifadə edirəm. İnanıram ki, Siz dərhal atəşkəsə nail olmaq üçün bütün diplomatik kanallardan istifadə edəcək və vəziyyətdən yararlanaraq bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində son və davamlı həlli üçün danışıqlara başlayacaqsınız.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri lazım olarsa münaqişənin davamlı və sülh yolu ilə həlli üçün təcrübələrindən istifadə edərək istənilən səviyyədə dialoqa qatılıb dəstək vermək arzusundadırlar. Bu məsələdə Sizi dəstəkləməyə hazıram. Cənab Prezident, Sizə olan rəğbətimlə yanaşı, dərin hörmətimi də qəbul etməyinizi xahiş edirəm".
tehsil-press.az