Şəmkirdə yol qəzası: 1 ölü

Şəmkirdə yol qəzası: 1 ölü Şəmkir rayonunda yol qəzası baş verib.

Tehsil-press.az Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, bu gün axşam saat 21:00 radələrində Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.
"Mercedes" markalı yük avtomobili ilə "VAZ 2106" markalı minik maşını toqquşub. Nəticədə 1 nəfər ölüb. Hələlik sürücülərin kimliyi və dünyasını dəyişənin şəxsiyyəti məlum deyil. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

tehsil-press.az

Oxşar xəbərlər