Rusiyanın ümidləri boşa çıxdı: ABŞ Ukrayna Silahlı Qüvvələrinə yardımı davam etdirəcək

Rusiyanın ümidləri boşa çıxdı: ABŞ Ukrayna Silahlı Qüvvələrinə yardımı davam etdirəcək “Bloomberg” Rusiya Federasiyasındakı mənbələrə istinadən yazır ki, Rusiya İsrail və HƏMAS arasındakı münaqişədən faydalanacağına əmindir, çünki İsrailin ABŞ-ın hərbi yardım tələbləri diqqəti Ukraynadan yayındıra bilər, eyni zamanda, neft qiymətlərinin artması Moskva iqtisadiyyatına dəstək verir.
Kreml hesab edirdi ki, ABŞ-ın İsrail münaqişəsinə diqqəti Kiyevə silah tədarükünün səngiməsinə səbəb olarsa, Kreml diktatoru Vladimir Putinin məqsədlərinə “daha ​​tez nail olunacaq”.
Bununla belə Putinin ümidləri özünü doğrultmayıb. Belə ki, ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi deyib ki, ABŞ Ukraynaya əhəmiyyətli dəstək verməyə davam edəcək.
Birləşmiş Ştatlar Ukraynaya yeni təhlükəsizlik yardım paketi üçün 200 milyon dollar ayırır, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynanın Müdafiə Məsələləri üzrə Əlaqə Qrupunun (Ramstein-16) iclasının əvvəlində bildirib.
Onun sözlərinə görə, yeni paketə ABŞ-ın tezliklə Ukraynaya göndərəcəyi yeni hava hücumundan müdafiə sistemi üçün AIM-9 mərmiləri daxil olacaq.

Tehsil-press.az



Oxşar xəbərlər