Almaniya Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək

Almaniya Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək Almaniya Kiyevə hərbi dəstəyini davam etdirəcək və yaxın həftələrdə Ukraynaya müasir IRIS-T hava hücumundan müdafiə sistemləri göndərəcək.
Bu barədə kansler Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib.
“Yaxın həftələrdə biz Ukraynaya növbəti silah tədarükünü həyata keçirəcəyik. Hökumət Kiyevə Almaniyanın ən müasir IRIS-T hava hücumundan müdafiə sistemlərini vermək qərarına gəlib”, - deyə Olaf Şolts bildirib. Onun sözlərinə görə, Ukraynaya, həmçinin ən müasir radiolokasiya stansiyaları da veriləcək.
“Bild” qəzeti Ukraynanın bu sistemlərdən yalnız noyabr ayından başlayaraq istifadə edə biləcəyini yazıb. Almaniya, eyni zamanda, Hollandiya ilə razılıq əsasında Kiyevə 12 ədəd PzH 2000 haubitsası çatdıracaq. Hazırda ukraynalı hərbçilər onlardan istifadə üzrə təlimlər keçirlər. Həmçinin Berlin dairəvi mübadilə sistemi çərçivəsində Ukraynaya hərbi yardım müqabilində Çexiyaya 15 ədəd “Leopard 2 A4” tankı göndərəcək.
IRIS-T hava hücumundan müdafiə sistemləri 40 kilometr məsafəyə və 20 kilometr hündürlüyə qədər təyyarələri, helikopterləri, dronları və digər hava hədəflərini vurmaq üçün nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər