
Bu haqda Almaniyanın müdafiə naziri Boris Pistorius “Bild”ə bildirib.
Onun sözlərinə görə, Almaniya hakimiyyəti Ukraynaya əlavə olaraq yeni yardım paketi çərçivəsində 400 milyon avro dəyərində sursat - partlayıcı və minaatan mərmiləri, həmçinin mina əleyhinə raketlər verəcək.
“Çünki sursat Ukraynanın ən çox ehtiyacı olan şeydir”, - deyə nazir qeyd edib.
Pistorius vurğulayıb ki, Berlin Kiyevə zirehli maşınlar, minalardan təmizləmə sistemləri, isti geyimlər, elektrik generatorları və istilik sistemləri də ötürəcək.
Tehsil-press.az