“Xəzər”in tələbəsi Şimali Kipr Türk Respublikasının Prezidentinə hədiyyə təqdim edib

“Xəzər”in tələbəsi Şimali Kipr Türk Respublikasının Prezidentinə hədiyyə təqdim edib 2023-cü il oktyabrın 13-də Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin 4-cü kurs tələbəsi, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev Bakıda “Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət və Təqdimat Günləri” çərçivəsində keçirilən tədbirdə Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar`a və Kipr Türk İş Adamları Dərnəyinin (İŞAD) İdarə Heyətinin üzvü Tuyqun Töre`yə Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərini simvollaşdıran “Qarabağ Azərbaycandır” suvenir- hədiyyəsini təqdim edib.
Şahin Əliyev Azərbaycan ilə Türk dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verməyin hər bir azərbaycanlı gənc üçün şərəf işi olduğunu ifadə edərək, “Ölkənizə xoş gəlmişsiniz!” söyləyib.
Hədiyyəni qəbul edən Prezident Ersin Tatar və Tuyqun Törə təşəkkürlərini bildiriblər.

Tehsil-press.az



“Xəzər”in tələbəsi Şimali Kipr Türk Respublikasının Prezidentinə hədiyyə təqdim edib

“Xəzər”in tələbəsi Şimali Kipr Türk Respublikasının Prezidentinə hədiyyə təqdim edib

Oxşar xəbərlər