Stokholm Universitetinin tədqiqatçıları: Marsı çirkləndiyimizə dair sübutlar var

Stokholm Universitetinin tədqiqatçıları: Marsı çirkləndiyimizə dair sübutlar var 2022-ci ilin yayında NASA Marsın səthi ilə yavaş-yavaş sürüşən “Perseverance” Mars roverindən inqilabi görüntü yükləyib.
Mars roveri insan sivilizasiyasının tərk etdiyi tullantıları qeydə alıb. Stokholm Universitetindən olan tədqiqatçılar xəbərdarlıq edirlər ki, idarə olunan kosmik uçuşlar nəticəsində yaranan hətta kiçik tullantılar belə Marsdakı ətraf mühiti tamamilə dəyişə bilər.
İsveç alimləri digər göy cisimlərinə necə təsir edə biləcəyimizlə bağlı qaydaları sərtləşdirməyə çağırırlar. “Biz, insanlar, artıq Yer kürəsində iqlimin və ətraf mühitin dəyişməsi prosesini yaşayırıq. Bu prosesi dayandırmasaq, biz qeyri-ixtiyari olaraq Marsda da bu cür böyük dəyişikliklərə səbəb ola bilərik. Marsı çirkləndirməyimizə artıq sübutlar var”, - deyə “Empa” İsveç elmi-tədqiqat institutunun elmi işçisi Con Xader bildirib. O, Amerika “Pnas” elmi jurnalında dərc edilmiş məqalədə xəbərdarlıq edir ki, bəşəriyyət bunun planet üçün hansı nəticələrə səbəb ola biləcəyini anlamayaraq, bundan sonra da Marsı çirkləndirmək niyyətindədir.
Qırmızı planetə missiyaların sayı, yəqin ki, yaxın onilliklərdə artacaq. Bəzi ölkələr, İlon Maskın “Space X” kimi şirkətləri idarə olunan ekspedisiyalar planlaşdırır. Bu o deməkdir ki, tərk edilmiş materialın miqdarı artır, kimyəvi maddələr isə nəqliyyat vasitələri və yaşayış modullarından axaraq ətraf mühiti çirkləndirə bilər.
Eyni zamanda, kimyəvi maddələrin və materialların zamanla Marsda necə sağ qalacaqları barədə bizim çox az məlumatımız var. Yer kürəsi ilə müqayisədə orada şərtlər tamamilə fərqlidir, üstəlik daha aşağı temperatur, daha çox radiasiya və tamamilə başqa atmosfer tərkibi vardır.
“Mars səthinin altında bakteriyaların və ya oxşar nəyinsə yaşadığı istisna deyil. Yer kürəsindən olan kimyəvi maddələrin və ya hissəciklərin bu həyatı çirkləndirmək və ya ona təsir etməklə bağlı mütləq risk mövcuddur”, - deyə İsveç alimi və tədqiqatın həmmüəllifi Metyu MakLaud qeyd edir. Onun sözlərinə görə, Marsdakı tullantıların uzunmüddətli perspektivdə planetə necə təsir edə biləcəyini daha yaxşı dərk etməliyik. Ehtimal edilən risk ondan ibarətdir ki, kimyəvi tullantılar Marsın atmosferinin tərkibinə təsir edə bilər.

Tehsil-press.az




Oxşar xəbərlər