
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında hazırda İran–Azərbaycan sərhədindən yalnız yüklərin keçidinin mümkün olduğunu bildirib.
Vətəndaşların sərhədi keçərək alış-veriş etməsinə icazə verilmir:
“Azərbaycanın sərhəd və digər rayonları eyni dərəcədə təsirlənəcək. İrandan gələn tranzit yüklər Biləsuvara necə çatırsa, o cür də Bakıya göndərilir. Sadəcə yol xərcləri artıq olur”, – deyə iqtisadçı vurğulayıb.
Ekspertin sözlərinə görə, İranda dolların bahalaşması və yerli valyutanın dəyərdən düşməsi Azərbaycan üçün idxal edilən məhsulların ucuzlaşmasına səbəb ola bilər:
“Çünki idxalçılar məzənnə fərqindən qazanır. O qazanc hesabına qiymətləri aşağı salmaq imkanı mövcuddur”, – Akif Nəsirli əlavə edib.
Beləliklə, İran valyutasındakı ucuzlaşma sərhəd bölgələrində kütləvi alqı-satqıya təsir göstərməsə də, Azərbaycana idxal edilən İran məhsullarının qiymətlərində ucuzlaşma yarada bilər.
Tehsil-press.az