
Belə ki, ilkin məlumata görə, birinci turda ADU-ya 1810 plan yeri üzrə 1799 nəfər tələbə qəbul olub.
Bu münasibətlə universitetin rektoru akademik Kamal Abdulla başda olmaqla ADU-nun bütün kollektivini səmimi qəlbdən təbrik edirik.
Azərbaycan Dillər Universitetini seçən tələbələrə yeni tədris ilində uğurlar və bol nailiyyətlər arzulayırıq!
Qeyd edək ki, ADU 2025-ci ildə nüfuzlu “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq cədvəli üzrə 5200 universitet arasında dünyanın ən yaxşı 250 universitetinin siyahısına daxil olub. Bu, universitetin tarixində qeyd alınan ilk hadisədir.
Tehsil-press.az