
Regionlar üzrə ümumi nəticəsi 680 baldan yuxarı olan abituriyentlərin siyahısını və fotolarını mütəmadi olaraq ictimaiyyətə təqdim edir.
Bu dəfə yüksək bal toplayanların siyahısı üçün Mil-Muğan Regional Təhsil İdarəsinə müraciət etdik.
İdarədən bildirilib ki, Saatlı şəhəri Səməd Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Əlizadə Sürəyya Münasib qızı I ixtisas qrupu üzrə 690 toplayaraq region üzrə ən yüksək nəticəni əldə edib.
Saatlı rayonu Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbin məzunu Səfərova Aysel Eldəniz qızı - IV ixtisas qrupu üzrə 685,1 bal;
İmişli şəhər Nəriman Nərimanov adına 1 nömrəli məktəb-liseyin məzunu İsmayılov Fərid Zaur oğlu - IV ixtisas qrupu üzrə 685 bal;
İmişli şəhər Nəriman Nərimanov adına 1 nömrəli məktəb-liseyin məzunu Zeynallı Rəvan Rasət oğlu - I ixtisas qrupu üzrə 683 bal;
İmişli şəhər Nəriman Nərimanov adına 1 nömrəli məktəb-liseyin məzunu Həsənova Aytən Cavid qızı - I ixtisas qrupu üzrə 682 bal;
İmişli rayonu Habil Namazov adına Boşçalılar kənd tam orta ümumtəhsil məktəbin məzunu Gündüz Mirzəzadə Fariz oğlu - III ixtisas qrupu üzrə 681,1 bal;
Beyləqan rayonu Sirac Mehdiyev adına Yuxarı Aran qəsəbə tam orta ümumtəhsil məktəbin məzunu Hacıyeva Əminə Elgün qızı - I ixtisas qrupu üzrə 681 bal.
Tehsil-press.az