BDU-da Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının nümayəndələri ilə görüş

BDU-da Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının nümayəndələri ilə görüş Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının nümayəndələri ilə görüşüb.

Nümayəndə heyətində Təhsil sektoru üzrə imtahanlar idarəsinin müdiri Dr. Mansur əl-Maliki, Beynəlxalq əməkdaşlıq idarəsinin əməkdaşı Riham Əbdülxaliq, Marketinq və kommunikasiya idarəsinin əməkdaşı Abdullah Ət-Tuvaym, həmçinin İnzibati işlər idarəsinin nümayəndəsi Məhəmməd Əl Yusuf yer alıb.

Qonaqlar BDU-da keçirilən səmimi görüşün qəbuluna görə təşəkkürlərini bildiriblər və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Görüşdə tərəflər arasında ərəb dili müəllimlərinin hazırlanması və ixtisasartırma proqramları, tələbə və müəllim mübadiləsi, ortaq elmi-praktik tədbirlərin təşkili, həmçinin ərəb dilinin öyrənilməsi və tədrisinin inkişafına yönəlmiş layihələrin təşkili istiqamətində birgə əməkdaşlığın həyata keçirilməsi məsələləri müzakirə edilib.

Tehsil-press.az

Oxşar xəbərlər