Belarus Polşaya etiraz etdi

Belarus Polşaya etiraz etdi Belarus Xarici İşlər Nazirliyi Polşanın respublikadakı müvəqqəti işlər vəkili Martin Voyçexovskini çağırıb və Polşa təyyarəsinin dövlət sərhədini pozması ilə bağlı etiraz edib.
Bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Görüş zamanı 2 noyabr 2023-cü il tarixində Polşa Respublikasından gələn təyyarənin Belarus Respublikasının dövlət sərhədini növbəti dəfə pozması ilə əlaqədar polşalı diplomata kəskin etiraz edilib”, - nazirliyin bəyanatında qeyd olunub.
Minsk bu hadisənin araşdırılmasını və gələcəkdə belə hadisələrin qarşısının alınması üçün tədbirlərin görülməsini tələb edib. Bundan əlavə, Belarus Xarici İşlər Nazirliyi sərhəd zonasında uçuşlara səhlənkar münasibətin yolverilməzliyini qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər