Ağcabədi sakini üstünə benzin töküb özünü yandırdı

Ağcabədi sakini üstünə benzin töküb özünü yandırdı Ağcabədi sakini özünü yandırıb.

Tehsil-press.az-ın məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini Həsənov Ziyaməddin Məhərrəm oğlu maşınındakı ehtiyat saxladığı benzinlə özünü yandırıb. Yanıq xəsarəti alan Z.Həsənov Ağcabədi Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan sayta verilən məlumata görə, yaralının həyatı təhlükəsi yoxdur. Z.Həsənov ilkin izahatında həmkəndlisi Azər adlı şəxs ona məxsus olan torpaq sahəsində qanunsuz qazıntı işləri apardığı üçün etiraz əlaməti olaraq özünü yandırdığını bildirib. Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsi araşdırma aparır.

tehsil-press.az

Oxşar xəbərlər