
Araşdırma zamanı məlum olub ki, smartfonlarda səs texnologiyasını süni intellektlə birləşdirən yeni üsulla diabeti 10 saniyəyə müəyyən etmək olar.
«EurekAlert» internet saytının xəbərinə görə, proqram həlləri üzərində işləyən tədqiqatçılarının inkişaf etdirdiyi yeni üsulla, smartfonda çəkilmiş 6-10 saniyəlik səs yazısı ilə "diabet" diaqnozunun qoyula biləcəyi müəyyən edilib.
Buna uyğun olaraq, 267 nəfərdən 2 həftə ərzində gündə 6 dəfə 6-10 saniyəlik səsli mesaj yazmaq istənilərkən, iştirakçıların boy, çəki, cinsiyyət, 2-ci tip şəkər xəstəliyinin olub-olmadığını müəyyən edə bilən süni intellekt modeli hazırlanmışdır.
Tədqiqatçılar diabet xəstələrini digərlərindən fərqləndirmək üçün 18 mindən çox səs yazısının 14 səs xüsusiyyətlərini təhlil ediblər.
Tədqiqatçılar insan qulağının qəbul edə bilməyəcəyi bir sıra səs xüsusiyyətlərini araşdırıb və bu səslərdəki siqnalları işləyərək səsdə xəstəliyin yaratdığı dəyişiklikləri aşkar ediblər.
Beynəlxalq Diabet Federasiyası bildirir ki, bu xəstəliklə yaşayan demək olar ki, hər 2 nəfərdən biri, yəni təxminən 240 milyon insan diabet xəstəliyindən xəbərsizdir.
Tehsil-press.az