Ermənistan və Böyük Britaniyanın XİN rəhbərləri Ararat Mirzoyanla Devid Kemeron arasında görüş keçirilib. Görüş Şimali Makedoniyanın paytaxtı Skopyedə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 30-cu sessiyası çərçivəsində baş tutub. Bildirilib ki, tərəflər regional mövzuları və Cənubi Qafqazda baş verən hadisələri müzakirə ediblər.