
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
“Nazir A.Mirzoyan Moskvada keçiriləcək görüşdə iştirak edəcək. Digər təfərrüatlar barədə daha sonra məlumat veriləcək”, - o bildirib.
Qeyd edək ki, Azərbaycan, Ermənistan, və Rusiya xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli formatda sonuncu görüş mayın 19-da Moskvada baş tutub.
Tehsil-press.az