Vaşinqtonda üçtərəfli görüş başa çatdı

Vaşinqtonda üçtərəfli görüş başa çatdı Vaşinqtonda Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş keçiriləcək.
Bu barədə məlumatı ABŞ Dövlət departamenti yayıb.
Görüş Bakı vaxtı ilə 17:45-də ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə baş tutacaq.
Bundan əvvəl isə, 17:00-da Blinken və Ceyhun Bayramov arasında ikitərəfli görüş keçiriləcək.
***
ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə ​Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında üçtərəfli görüş başlayıb.
Görüşdə Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.
***
ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə ​Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında üçtərəfli görüş başa çatıb.
Görüşdə regionda təhlükəsizlik vəziyyəti, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər