Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərləri Astanada görüşəcəklər

Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərləri Astanada görüşəcəklər Oktyabrın 14-də Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri - Ceyhun Bayramov, Ararat Mirzoyan və Sergey Lavrovun görüşü olacaq.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Rusiya tərəfinin təşəbbüsü ilə Astanada keçiriləcək.
Xatırladaq ki, Ceyhun bayramov, Sergey Lavrov və Ararat Mirzoyan sonuncu dəfə Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində üçtərəfli formatda görüşüblər.

Tehsil-press.az



Oxşar xəbərlər