ADPU-nun Şəki filialında tələbələrin əl işlərindən ibarət sərgi təşkil olunub

ADPU-nun Şəki filialında tələbələrin əl işlərindən ibarət sərgi təşkil olunub Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında ibtidai sinif müəllimliyi ixtisasının IV kurs tələbələri öz istedad və qabiliyyətlərini, bacarıqlarını əyani şəkildə göstərməyə imkan verən əl işlərindən ibarət sərgi təşkil ediblər.
Filialın Ümumelmi fənlər kafedrasının baş müəllimi, Əməkdar müəllim Sevil İbrahimovanın rəhbərliyi il tələbələr kağız və karton, parça, plastik kütlə, taxta və başqa təbiət materiallarından, müxtəlif tikmə üsullarından istifadə edərək çox maraqlı əl işləri hazırlayıblar. Tələbələrin əl işləri “Sehrli əllər” adlı sərgidə nümayiş olunub.

Tehsil-press.az



Oxşar xəbərlər